Milli kurikulum

Azərbaycan təhsil sistemində "kurikulum" yeni bir anlayışdır və o, təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkilini və həyata keçirilməsini əks etdirən konseptual sənəd kimi başa düşülür. İslahat çərçivəsində elə bir konseptual sənəd hazırlanır ki, özündə təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatını və s. təsvir etsin, müəllim və məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərsin.
Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir.

Azərbaycanda[redaktə]

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurrikulumu (bundan sonra Milli Kurrikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurrikulumlarının strukturunu əhatə edir.
Milli Kurrikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir. Milli Kurrikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:
  • ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;
  • fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
  • təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
  • nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;
  • təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;
  • şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Milli Kurrikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:
  • milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
  • ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
  • tələbyönümlülük;
  • nəticəyönümlülük;
  • şagirdyönümlülük.;
  • inteqrativlik.
Yaşadığımız XXl əsrin hazırkı mərhələsində Azərbaycan təhsil sisteminin qarşısında çox mühüm problemlər durur. Müasir təhsilin əsas məqsədi tədrisin səmərəliyini artırmaq, gələcəkdə vətənimizi inkişaf etdirə bilən, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür stüasiyalarda işin məğzini tutub çıxış yolunu axtarmağı bacaran yüksək intelekli gənclər yetişdirməkdir. Bu xüsusda yeni təlim metodlarının tətbiqi labüddür. Elmin, texnikanın bu cür sürətlə inkişaf etdiyi bir dövrdə ənənəvi üsullardan əl çəkmək, ( yaxşılarını qoruyub saxlamaqla ) yeni fəal / interaktiv təlim metodlarından yararlanmaq, onları lazımınca qavramaq və dərsləri bu aspektdə qurmaq biz müəllimlərdən böyük məsuliyyət və cəsarət tələb edir. Çünki orta və yaşlı nəslin nümayəndələri olan müəllimlərin əksəriyyəti ( hətta gənclərin içərisində də belələrinə təsadüf edilir. ) ənənəvi dərs metodlarından əl çəkmək istəmir, yeni təlim metodlarına bir növ inamsızlıqla yanaşırlar. Açığını deyim ki, bugün təlimə yeni yanaşmalar, fərqli baxışlar daha çoxdur. Hər kəs öz fikrində müəyyən qədər haqlıdır. S. Hüseynoğlunun qeyd etdiyi kimi “ Nə qədər ki, yeni təlimi yanaşmaların mahiyyəti aydın və anlaşıqlı dildə açıqlanmayıb, üstünlükləri eksperimentə əsaslanmış tədqiqatla sübut edilməyib, ağlabatan dərs nümunələri metodik sistem şəklində hazırlanıb müəllimlərin istifadəsinə verilməyib” bu cür söz- söhbətlər olacaq.
Bir şeyi yaddan çıxarmaq olmaz ki, hər şey təzələnir, yeniləşir, 5-10 il əvvəl geyindiyimiz paltarları az qala hər il yeniləşdirir, dəblə ayaqlaşmağa çalışırıq. İstər məişətdə, istər istehsalatda, istərsə də həyatın digər sahələrində dəyişkənlik varsa, elmdə-təhsildə niyə olmasın?  Eyni xörəyi nə qədər yemək olar? Daim yeniliyə can atırıq. Bu yeniliyi təhsildə niyə qəbul etməyə çətinlik çəkirik? O fikir, əməl, ideya ki təhsilin xeyrinədir, bunun nəyi pisdir ki?…
Z. Veysovanın mövcud təhsil problemləri ilə bağlı ərsəyə gəlmiş əsərlərinin daimi oxucusuna çevrilmişəm. Fəal/ interaktiv təlim metodları haqqında çıxan məqalə və dərs nümunələrini tədris jurnalları və qəzet səhifələrindən oxuyur, saf- çürük edir, hansılardan tədris prosesində daha çox istifadə etməyin lazımlığını səciyyələndirir, bunlardan istifadə etməklə təhsilimizin inkişafına səy göstərməyə çalışıram.
“Məktəb şagirdləri həyat üçün hazırlayır”fikrini əsas tutaraq özümü bu fikrə kökləyirəm. Verilmiş fərziyələri, bəzi tədqiqat xarakterli dərsləri, buna həsr olunmuş məqalələri öyrənir, üzərində düşünür, qənaətlərimi yoxlayır, özümdən təcrübəli olan müəllimlərlə fikir mübadiləsi aparır, diqqətli məqamları müzakirə edir, yüz ölçüb bir biçəndən sonra dərsdə tətbiq edir və müəyyən bir nəticəyə nail oluram. Bu həm də bir müəllim kimi bilik və bacarığımı artırır, inkişaf etməyimə yeni yollar açır.
Diqqətlə fikir versək görərik ki,yeni təlim metodlarının əksəriyyəti adı dəyişmiş ənənəvi metodlardır. Məgər ənənəvi təlimdə şagirddən müstəqillik, fəallıq, yaradıcılıq tələb olunmurdumu?..
Bugün hamımız etiraf edirik ki, ənənəvi təlimdə müəllimin “monoloqu” əsas və aparıcı idi. Elə bugün də çoxları belə düşünür ki, müəllim nə qədər çox danışsa, izah və şərh etsə, təlim də bir o qədər keyfiyyətli olar. Bax biz elə burda yanılırıq. Çünki fəal-
interaktiv təlim məhz bunu rədd edir. Şagird lazımsız materiallarla çox yüklənməməlidir. Müəllim yox, şagird subyekt kimi çıxış etməlidir. Şagird ənənəvi təlimdə bilikləri öyrənən, müəllim isə öyrədən, bilik verən mövqeyində olur. Yəni şagird biliyi hazır şəkildə qəbul edirdi. Yeni təlim metodlarında isə şagird biliklərin qazanılmasında fəal tərəfdaş kimi çıxış edir, özünə inam artır, özünü müstəqil iş icraçısı kimi hiss edir.
S. Hüseynoğlu qeyd edir ki, uşaq hələ kiçik yaşlarından müstəqilliyə can atır, yeməyi özü yeməyə, qaşığı tutmağa, paltarı səhv də olsa özü tək geyinməyə çalışır. Bəs biz niyə şagirdin bu müstəqilliyini əlindən alıb, hər şeyi özümüz etməyə çalışırıq? Şagird tədqiqat aparmalı, nəticəyə də hazır şəkildə yox, tədqiqatın nəticəsi kimi nail olmalıdır. Müəllim dərsi elə qurmalıdır ki, motivasiya şagird və ya müəllim tərəfindən dərsin gedişində yaransın.
Doğrudan da maraqlı situasiyadır.Fəal- interaktiv  təlimin əsasında problemli təlim dayanır. Bunu təlimdə bir fəallıq kimi də başa düşmək lazımdır. Bu təlimdə şagirdlərin idrak fəallığının təmin edilməsinə daha çox fikir verilməlidir.
Dialoq və əməkdaşlıq dərsdə əsas amillərdən birinə çevrilməlidir. Dərs yalnız şagirdlərin özlərinin bir-biri və müəllim ilə sıx əməkdaşlığı şəraitində effektli olur. Əsas, apaıcı funksiyanı şagirdin özünün aparması, yəni subyekt kimi çıxış etməsi əsas  şərtlərdən biridir. Eyni zamanda qarşılıqlı hörmət və etibar, şagirdin özünə inamı çoxaldır, müəllimin ona bir fərd kimi yanaşması, şagirdi bir şəxsiyyət kimi formalaşdırır,
idrak fəallığını artırır.Fəal dərsdə müəllim dərsin mərhələlərinə, sinfin təşkili; keçmiş mövzunun soruşulması; motivasiya, yəni problemin qoyuluşu, tədqiqatın aparılması; informasiya mübadiləsi; informasiyanın müzakirəsi və təşkil edilməsi; nəticə; yaradıcı tətbiqetmə; qiymətləndirmə və refleksiya; ev tapşırığının verilməsi ( bu qabaqlayıcı ev tapşırığı da ola bilər ) xüsusi fikir verməlidir.Bu mərhələlərin hər biri haqqında müəllimin dolğun təəssüratı olmalı və öz tədris metodu və bacarığını da buna əlavə etməklə dərsin hər bir mərhələsinin canlı keçməsinə nail olmalıdır.
Müəllim hər mövzuya uyğun metod seçməlidir ki, bu, şagirdin dərsə marağını artırsın, həm də dərs sönük keçməsin. Çünki eyni üsul və priyomlar şagirdə yorucu görünə bilər. Motivasiyanı yaradarkən idrak fəallığını aktivləşdirən suallardan istifadə etməlidir. Bu suallar üç qismə bölünür:
Mövzu ilə əlaqədar öyrənilməsi vacib olan məsələlərin müəyyənləşdirilməsi məqsədilə verilən suallar;
- Çoxvariantlı cavab doğuran suallar.( bunlara açıq suallar da deyilir.)
- “Açar sözləri” özündə əks etdirən suallar. Açar sözlərinə xassələr, xüsusiyyətlər, növlər, tiplər, rol, səbəb, nəticə, nöqsan və uğurlar, yenilik və.s göstərmək olar.

Yeni təlim metodlarında ən incə məsələlərdən biri qiymətləndirmədir. Bu qiymətləndirmə həm fərdi, həm də qrup şəklində olmalı və əsaslandırılmalıdır. Bəzən bizə bir məsələ qaranlıq kimi görünür. Qrupda hər cür şagird olur: zəif, orta, əla. Qiymətləndirmədə zəiflər də yaxşının içində gedir- deyə düşünənlər var. Amma qabaqcadan bu qrupun lideri və ya digər üzvünün adı çəkilib, qiymətlər fərdi yazılanda (jurnalda qrup qiyməti qeyd olunmur)  və əsaslandırılanda daha effektli olur. Qiymətləndirməni də hər dərsə uyğun şəkildə aparmaq olar. Qruplar bir- birini, qrupda öz fəallığını, qrup liderinin fəallığını, müəllimin dərsi idarə etməsini qabaqcadan hazırlanmış vərəqdə işarə edir. Bu qiymətləndirmə şagirdlərə daha çox xoş gəlir. Çünki onlar özlərini bir fərd hesab ədir, hətta müəllimə belə qiymət verdikləri üçün sevinirlər. Fəal- interaktiv təlimin mahiyyətini dərindən bilən müəllimlər yuxarıda qeyd etdiyim kimi ənənəvi metodlardan nəinki imtina etmir, əksinə onlardan istifadə ilə bağlı ağlabatan tövsiyyələr də verirlər. Zülfiyyə xanım Veyisova yazır: “ Fəal-interaktiv təlimin üstünlüklərinə baxmayaraq, müəllim ənənəvi ( izahedici-illüstrativ və reproduktiv) metodlardan istifadədən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, şagirdlərin hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir. Məsələn, müəllimin məqsədi bacarıq və vərdişlər formalaşdırmaqdırsa, o daha çox reproduktiv ( təkrarlama və model üzrə iş ) metodu üstün tuta bilər. Əgər təlimin məzmunu çox mürəkkəbdirsə, çoxlu sayda yeni  anlayış və məlumatları bilməyi tələb edirsə, bu zaman ənənəvi- izahedici illüstrativ metod daha çox səmərə verə bilər.
      

Комментариев нет:

Отправить комментарий