Heydər Əliyev -milli təhsil sisteminin qurucusudur.
Onun adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəmətilə fərqlənən şəxs olmuşdur. Bu, Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən, bütün türk xalqlarının yenilməz və vüqarlı şəxsiyyəti olan, müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. O, nəinki Azərbaycan xalqının ulu öndəri, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.
.Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan otuzillik bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.
Onun adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəmətilə fərqlənən şəxs olmuşdur. Bu, Dünya azərbaycanlılarını birliyə və vəhdətə səsləyən, bütün türk xalqlarının yenilməz və vüqarlı şəxsiyyəti olan, müdrik rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. O, nəinki Azərbaycan xalqının ulu öndəri, həm də bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.
.Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu olan otuzillik bir dövrü çoxəsrlik dövlətçiliyimiz tarixində əvəzsiz yeri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahədə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz onun sayəsində mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə qədəm qoymuşdur.
1969-cu ildə Azərbaycan rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin qanunları altında Azərbaycanda milli mənəvi dəyərləri qorumaqla, tərəqqiyə, elm və təhsilin yüksəldilməsinə nali olmaq üçün düşünülmüş elmi siyasət yeritməyə nail olmuşdur. Rəhbərlikdə olduğu 1969-1982-ci illərdə Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına qayğının artırılması olmuşdur. Lakin illərlə və böyük zəhmət hesabına qazanılmış nailiyyətlər 1989-1993-cü illərdə dağılmaq təhlükəsi ilə üz-üzə gəldi. Bu dağılma və tənəzzül xüsusən 90-cı illərin əvvəlində, müstəqillik əldə edildikdən sonra daha geniş miqyas aldı, təhlükəli meyillər özünü göstərməyə başladı. Lakin ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən belə bir inkişaf konsepsiyası hazırlandı ki, milli dövlətçilik prinsipləri içərisində milli təhsil sistemi əsas yerlərdən birini tutmalıdır. Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi, demokratiyanın inkişaf yolu məhz təhsildən keçir. Odur ki, Heydər Əliyevin işləyib hazırladığı strategiyanın əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması idi.
Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri, iyunun 24-də isə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Artıq həmin ilin sentyabrın 21-də Elmlər Akademiyasında ziyalılarla ilk görüşünü keçirdi. O, bu görüşdə söyləmişdir: "Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir...".
1993-cü il oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qarşıda həlli çətin olan məsələlər dururdu: atəşkəsə və sabitliyə nail olmaq, Qarabağ probleminin həllinə çalışmaq, Azərbaycanı dünyaya tanıtmaq və informasiya blokadasını yarmaq... Həmin il məktəbəqədər təhsilin bazis proqramı işlənib hazırlandı.
1994-cü ilin ilk yarısında atəşkəs haqqında saziş imzalandı. Paralel olaraq "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması məsələsi qoyuldu. Hökumətin böhran halını yaşamasına baxmayaraq, heç olmasa, ibtidai siniflər üçün dərsliklərin pulsuz verilməsi barədə qərar qəbul edildi.
1999-cu ilədək təhsil sahəsində müxtəlif qərarlar qəbul edilsə də, təhsilin milli tərəqqimizin güclü amilinə çevrilməsi üçün dövlət təminatı olmalı idi. Odur ki, 1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalandı və bunun ardınca "Təhsil sahəsində islahatlar Proqramı" qəbul edildi. Komissiyanın yekun iclasında çıxış edən Heydər Əliyev demişdir: "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır".
Azərbaycan təhsil tarixində böyük dönüş yaratmış 1999-cu il təhsil islahatına aparan yol heç də hamar olmamışdır. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə mənəvi institutlarda sürətlə dağılma prosesi gedirdi. Sosial xaos və anarxiya, hər şeydən əvvəl, mənəvi ehtiyatlara zərbə vursa da, onun közərtisi qalmaqda idi. Həmin közərtini alovlandırmaq,xalqı mənəvi böhrandan qorumaq üçün mümkün yollar aramaq vəzifəsi isə məhz Heydər Əliyevin üzərinə düşdü. İkinci dəfə hakimiyyətə qayıdışından sonra milli büdcəmizin mizer olduğu, dövlətin iqtisadi tənəzzül keçirdiyi bir dövrdə "Bibi-Heybət" məscidinin tikilməsi, dahi Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi münasibətilə "Füzuli ensiklopediyası"nın hazırlanması və nəşr edilməsi, "Kitabi-Dədə Qorqud"-un 1300 illik yubileyinin keçirilməsi barədə sərəncamlar imzalandı. Böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin doğma yurdda torpağa tapşırılıb üzərində məqbərənin ucaldılması onun adı ilə bağlıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yarandı. İlk dəfə olaraq Heydər Əliyev tərəfindən "31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü", "31 mart Azərbaycanlıların soyqırımı günü" təsis edildi.
Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri, təbii ki, məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" yeni fərman imzaladı. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaratdı.
2002-ci ilin sentyabrında Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən Heydər Əliyev bu barədə demişdir : "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm". Və çox keçmədi ki, həmin ilin oktyabr ayında "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalandı. Bu sərəncam məktəblərdə təlim şəraitinin və təlim mühitinin yaradılmasında ciddi dönüşə səbəb oldu.
Ulu öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qısa bir zamanda qazanılmış nailiyyətlərə toxunaraq "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılışında demişdir: "Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqtisadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir".
Bəli, bu gün əminliklə və qətiyyətlə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli quruculuq sahəsində böyük şəxsiyyət Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir, Azərbaycanın davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir.
Azərbaycanın inkişaf strategiyasının dövlət başçısının daim himayəsi altında olduğunun bir daha şahidi olduq və cənab Prezidenti əmin edirik ki, müstəqil Azərbaycanımızın çiçəklənməsi, möhkəmlənməsi naminə bundan sonra da var qüvvəmizi səfərbər edəcəyik.
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.
1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i isə müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır.
Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab Prezident belə xatırlayır: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.
Hadisələrin sonrakı gedişatı göstərirdi ki, bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bu tarixi məsuliyyət isə Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Ali Sovetin Sədri Heydər Əliyevə keçməsi haqqında 24 iyun 1993-cü il tarixli qərarı ilə hüquqi baxımdan təsbit edildi. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun və özbaşınalığın tüğyan etdiyi, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət daşıyırdı. Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdi. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən “lider” ola bilməz. Onun özünə layiq rəhbəri olmadan bu fəlakətlərdən xilas ola bilməz.
1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi onun daxili və xarici siyasət fəaliyyətinin də yeniləşməsinə və ölkənin strateji maraqları əsasında yenidən qurulmasına şərait yaratdı. O, Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan qurtardı. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi. Əhalidə saxlanılan külli miqdarda silah-sursat yığıldı. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Şübhəsiz Azərbaycana qarşı törədilən bütün əməllər onun müstəqilliyinə yol verməmək üçün idi. Dövlətə və xalqa həqiqi müstəqillik gətirəcək bir şəxsin yenidən ölkə rəhbərliyinə qaytarıldığını və xalqın mütləq çoxluğunun dəstəyini qazandığını görənlər əbəs yerə əl-ayağa düşərək dalbadal təxribat, terror, sui-qəsd və dövlət çevrilişinə cəhd etmələrini düşünmək sadəlöhvlük olardı. Çünki onların bədnam niyyətlərinə son qoyan böyük siyasi xadimin yenidən dövlət sükanı arxasına keçdiyini gözəl anlayırdılar. Bu dövrdə artıq Azərbaycanın dostları da, bədxahları da əmin oldular ki, müstəqilliyimizi geriyə döndərəcək heç bir qüvvə mövcud deyildir. Azərbaycan xalqı öz rəhbərinə inanır, güvənir və dəstəkləyir. Müdrik və uzaqgörən rəhbər isə xalqını müstəqilliyin çətin, mürəkkəb və keçməkeşli yolları ilə inamla irəliyə aparır.
1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. 1993-cü il iyun ayının 9-da dahi Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır.Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərmişdir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuş və nəhayət, H.Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalanmışdır. Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü olmuşdur. 2001-ci il Dünya Azərbaycanın I Qurultayında isə Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər daima hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, bu vətənin övladıyam və mənim Heydər Əliyev kimi prezidentim olub. Mən onun həyata keçirdiyi əzəmətli işləri izləyə-izləyə onun kimi dürüst, vicdanlı siyasətçi olmağı qərara aldım. Nə zaman mənə sual versələr ki, niyə politoloq ixtisasını seçdin, mənim yalnız bir cavabım olacaq, məhz Heydər Əliyevin siyasətini davam etdirmək və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev kimi dövlətimizə dəyərli işlər görmək üçün.
Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Azərbaycan Respublikası Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin söylədiyi fikirlər xüsusi maraq doğurur: ”Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının,özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu otuz dörd il ərzində, o, XX-XXI əsrlərin görkəmli siyasətçilərindən biri, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır”. Gördüyü bütün təqdirə layiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanın milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir.
Cənab Prezidentimiz haqqında ABŞ-ın nüfuzlu politoloqlarından olan Zbiqnev Bjezinskinin qeyd edir: “Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konsruktivliyi ilə seçilir. Mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti məndə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi.İndi isə O, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir”. Mən də gənc siyasətçi doktorant olaraq o qədər xoşbəxtəm ki, bizim cənab İlham Əliyev kimi qətiyyətli, əhalinin qayğısına qalan, insanlarla tez-tez təmasda olan, ölkəmizin təhlükəsizliyini qoruyan biz gəncləri düşünən, ölkəmizi modern ölkəyə çevirən, cəmiyyətdə demokratik dəyərləri qoruyan prezidentimiz var.
Ölkəmiz günü-gündən daha da inkişaf edir, dünya ölkələri sırasında öz layiqli yerini tutur. 2012-ci il “Eurovision” müsabiqəsinin Azərbaycan üçün müsbət nəticəsi olmaqla yanaşı, bir daha bizim Azərbaycanlı olmağımızla fəxr etməyimizə səbəb oldu.Mən həmin İl Ukraynada Xarkov Milli Universitetində magistr təhsili alırdım, həmin an bir Azərbaycan vətəndaşı kimi qəlbim qürur hissi ilə doldu.
Azərbaycan tarixi nəinki Avropaya, bütün dünyaya daha yaxından çatdıralacaqdır. Bu da ölkəmizin dünyada təkcə qaz-neft ölkəsi kimi deyil, zəngin mədəniyyətə malik olan bir ölkə kimi tanınmasına şərait yaradacaq. Ölkəmizdə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” qəbul edilidi, həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası hazırlanır ki, bu da inkişaf istiqamətlərinin müəyyən olunmasına yardım edir.
Ümumilikdə, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artması, neft sektorunun asılılığın minimuma endirilməsi, ölkənin istehsal gücünün artması, aqrar sektorun inkişafı, çoxlu sayda yeni iş yerlərinin açılması, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi Azərbaycanın firavan yaşamasının sübutudur.
“Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq! “.- dahi Ulu Öndərimiz Heydər Əliyev.!
Комментариев нет:
Отправить комментарий