Azərbaycan Respublikasının prezidenti cenab
İlham Əliyev tərəfindən 2012 ci ildə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə
baxış" inkişaf konsepsiyası ölkəmizin
iqtisadi inkişafının yeni mərhələsində cəmiyyət həyatının bütün sahələrində tarazlı
inkişafa,tərəqqiyə nail olmuş,
xalqın firavan gələcəyini təmin
etmişdir. Bu gün bütün dövlət qurumları kimi Təhsil Nazirliyinin İnkişaf konsepsiyasının həyata keçirilməsi ilə
bağlı məsələlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərilməsi alqışa layiqdir.
Azərbaycan 2020:
gələcəyə baxış" inkişaf konsepsiyasında təhsil üçün
nəzərdə tutulan hədəflər
prezident İlham Əliyevin təhsil
haqqında konseptual fikirlərindən qaynaqlanır:"Neftimiz,təbii
sərvətlərimiz nə vaxtsa tükənər,insan əqli,insan zəkası heç zaman tükənməz.Ona
görə də biz təbii sərvətlərimizi insan kapitalına çevirməliyik.Bunun üçün müəllimlərimizin üzərinə
böyük məsuliyyət düşür.Çünki,insanın savadı, biliyi onun gələcək
həyatını müəyyən edir."
Təhsil inkişafın
əsasında duran mühüm amildir!
Təhsil
cəmiyyətdə tərəqqinin hərəkətverici
qüvvəsidir!
Ölkəmizdə təhsilə
dövlət qayğısınin ən bariz
ifadəsi bölgələrdəki məktəblərə
göstərilən diqqət və
inkişafın təmin edilməsidir.
XXI əsrin tələbləri
baxımından təhsildə ənənəviliyin
uğurları qorunub saxlanmaqla
innovasiyalar yeni pedoqoji
texnologiyaların tətbiqini zəruri
etdi. Elə bu səbəbdən
yüzlərlə yeni anlayışlar
innovasiyalar kimi təhsilimizə
daxil olmuşdur.Həyati bacariqlara
əsaslanan təhsil, kurikulum, elektron
məktəb, İKT, distant təhsil, fəal
təlim, portfolio, baloniya prosesi,müəllimlərin
dərslərinin kliniki müşahidəsi və s. anlayışların mahiyyətini
bilmək vacibdir.
Bizim məktəbin pedoqoji kollektivi də bu məsuliyyəti hiss edir
və dərslərini günün tələbləri
səviyyəsində qururlar.Yola
saldığımız tədris ilində məktəbimizin coğrafiya
müəlliməsi verdiyi açıq dərsdə
İKTnin imkanlarından istifadə etmiş,təhsil
nazirliyinin dərsi canlı izləməsinə
şərait yaratmışdır.Dərs yüksək keyfiyyətinə
görə nazirlik tərəfindən bəyənilmişdir.
Vaxtaşırı təşkil edilmiş
və Təhsil nazirliyindən
təlim üçün dəvət
edilmiş mütəxəssislər tərəfindən
ümumtəhsil müəllimləri üçün fəal təlim
texnologiyaları və inkuliziv
təhsil üzrə məqsədli
ixtisasartırma təmin edilmiş,hər bir müəllimin İKT
bacarıqlarına yiyələnməsi üçün
çevik sistem yaradılmışdır.Bu "VEB 2 ALƏTLERİNDƏN İSTİFADƏ","MİMİO İNTERAKTİV
TEXNOLOGİYALARİ İLƏ TƏDRİS","PEŞƏLƏRİ MƏSAFƏDƏN
SEÇƏK! DİSTANT MƏLUMAT MƏSLƏHƏT
XİDMƏTİNİN İNKİŞAF ETDİRİLMƏSİ","MÜƏLLİMLƏRİN LİDERLİK VƏ İDARƏETMƏ SAHƏSİNDƏ PEŞƏKARLIQ
SƏVİYYƏSİNİN ARTIRILMASI" təlimlərində
iştirak edən müəllimlər
öz dərslərinin keyfiyyətli qurulmasında həmin təlimin imkanlarindan səmərəli şəkilde
istifadə etmislər .
Təsadüfi deyil ki,2014 cü ildə Demokratik Gənclər İctimai birliyinin,Smart Teexnologies sirkətinin və Təhsil
Problemləri İnstitutunun Ulu öndər Heydər
Əliyevin 91 illik doğum günü münasibətilə
həyata keçirdikləri "Ən yaxşı
bloq" və "Təhsildə interaktiv
texnologiyalar" adlı müsabiqələr bacarıqlı,səriştəli müəllim
kadrların üzə çıxarılmasında mühüm
rol oynayır.Müsabiqədə iştirak
edən məktəblər arasında
Şəki şəhər 11nömrəli
tam orta məktəbimizin gənc müəllim
kollektivi də böyük həvəslə iştirak
etmiş,hətta "Ən yaxşı
bloq" müsabiqəsində respubıika
II si və III sü olmağı
bacarmışlar.Və şəxsən mən özüm həmin müsabiqədə
II yer ilə təltif olunmuşam.
İyul,avqust aylarinda Təhsil Nazirliyinin
xətti ilə təşkil
edilmiş "İCTİMAİ
TƏŞƏBBÜSLƏRİN DƏSTƏKLƏNMƏSİ"
layihə müsabiqəsində məktəbimizin fəal
müəllimləri müxtəlif layihələrlə iştirak
etmişlər.İnaniriq ki,İsmayil məktəbindən sonra layihənin bu il ki
qalibi bizlər olacağıq.
İndiki dövrdə yalnız
ənənəvi təlim metodlarından
istifadə etməklə gözlənilən nəticələrə
nail olmaq mümkün deyil.Müasir
təlim tərbiyə prosesində
subyekt-subyekt, tərəfdaşlıq münasi-bətlərinə,qarşılıqli hörmət
və anlaşmaya əsaslanan
müəllim şagird fəaliyyəti
böyük əhəmiyyət kəsb
edir.Bunlara əsas verən isə şəxsiyyətyönümlü təlim texnologiyalarıdır.Şəxsiyyətyönümlü təlim
hər bir şagirdin
fərdi idrak qabiliyyətini
inkişaf etdirmək,şagirdə özünü
dərketməkdə ,öz yerini müəyyənləşdirməkdə və
özünü reallaşdırmaqda kömək
etməkdən ibarətdir.
Təhsil sosial
proseslərə təsir göstərən
mühüm faktor olmaqla
şəxsiyyəti şərtləndirən keyfiyyətlərin,dəyərlərin
formalaşmasına xidmət
edir.Demokratik təhsil cəmiyyətin hər bir üzvünün bərabər
təhsil alma hüquqlarını təmin
edir.Belə bir imkanı isə ancaq
inkuliziv təhsil yarada bilər.
Комментариев нет:
Отправить комментарий