Elektron Dərslər

Azərbaycan dili və ədəbiyyatdan dərs nümunəsi

Məqsəd: Hekayənin məzmununu mənimsətmək: insan təbiətin həm dostu, həm də düşməni ola bilər.
İş forması: Cütlüklərlə iş.
Üsul və iş növləri: Müəllimin izahı, müşahidə, əqli hücum, ziq-zaq, klaster.
Təchizat: Ədəbiyyat-IX sinif (Müəlliflər: B.Həsənli, N.Nəcəfov) Azərbaycanın fiziki xəritəsi, müxtəlif məzmunda peyzajlar, İKT avadanlıqları.
Motivasiya:
l. Müəllim şagirdlərin diqqətini Azərbaycanın fiziki xəritəsinə və lövhədə asılmış meşə təsviri olan tabloya yönəldərək soruşur:
Uşaqlar, sizcə, müəllif bu təbiət təsviri ilə hansı problemi önə çəkmək istəyir?
Müxtəlif fikirlər səslənir, sonda söylənmiş fikirlər ümumiləşdirilərək əsas məqsədin insanların təbiətə olan münasibətindən getdiyini söyləyirlər.
Müəllim sinfə müraciət edərək:
1) 2010-cu il Azərbaycanda nə ili elan olunmuşdur?
2) Tənəffüsümüzin mənbəyi nədir, sağlamlığımız üçün ona borcluyuq.
3) Amansız rəftarımızı bizə bağışlamır, xoş rəftarımızı əvəzsiz qoymur.
Müəllim şagirdlərin diqqətini monitordakı suallara yönəl
dir.Şagirdlərin problemin qoyuluşu haqqında öz təfəkkürlərinə əsaslanaraq fikirlərini söyləyir, fərziyələrini bildirirlər.
Belə məlum olur ki,
1) 2010-cu il Azərbaycanda ekologiya ili elan olunub.
2) Tənəffüsümüzün əsas mənbəyi meşələrdir.
3) Bizim amansızlığımızı bağışlamayan təbiətdir, və s.
Cavablar qeyd olunduqdan sonra yenidən şagirdlərə müraciət olunur:
Aşağı siniflərdən təbiət mövzusunda kecdiyiniz əsərlərdən hansılarının adını cəkə bilərsiniz?
Şagirdlər aşağı siniflərdən, sinifdənxaric və müstəqil öyrəndikləri əsərlərdən bir neçəsinin adını söyləyirlər: “Yağış”, “Köc”, “Ceyran”, “Azərbaycan, Azərbaycan”, “Hayıf ki, yoxdur” və sair.
Bu gün dünyanin aktual problemlərindən biri də ekologiya problemi, təbiətin qorunması məsələsidir. Bütün bunlar barəsində bir çox işlər görülsə də, yenə də təbiətə ögey münasibət bəsləyənlər, ondan öz şəxsi mənafeyi üçün istifadə edənlər də az deyildir. “Bəs bu məsələni necə həll etmək olar?” fikirləri ətrafında debat qurulur.
Sinifdəki şagirdlər fikir və mülahizələrini sərbəst, aydın şəkildə bildirərək düşüncə və fikirlərini söyləyir.
Müəllim sinfə müraciət edir:
Qeyd olunan cavablardan göründüyü kimi fikirlər olduqca fərqlidir. Doğrunu üzə çıxarmaq üçün sübuta ehtiyac var. Həmin məsələləri həll etmək üçün İ.Hüseynovun “Zəhər” hekayəsi bizim yardımçımız olacaq. Yuxarıdaki sualı tədqiqat sualı kimi qəbul edib araşdıraq.
Sinifdəki şagirdləri qruplara ayırmaq üçün onlara 1-dən 3-ə qədər saymaq tapşırılır.
Beləliklə üç qrup yaranır. Bunlar doğma qruplardır. Həmin qruplar da ziq-zaq üsulu ilə yenidən qruplara ayrılır. Hər qrupda eyni rəqəmi seçən şagirdlər bir qrupa cəmlənirlər.

ZİQ-ZAQ

Hekayə üç bərabər hissəyə ayrılır. Qruplara oxuyub fikirlərini qısaca yazmaq tövsiyyə edilir.
1-ci qrup hekayyənin başlanğıcında “Birdən göy ürgə dayandı” cümləsinə qədər.
2-ci qrup ” Birdən göy ürgə dayandı” cümləsindən “Daşdəmir mağara qarşısında donquldayan ayı kimi, iki yanını basa-basa yaxınlaşıb meşəbəyini süzdü.” Cümləsinə qədər.
3-cü qrup “Daşdəmir mağara qarşısında donquldayan ayı kimi, iki yanını basa-basa yaxınlaşıb meşəbəyini süzdü.” Cümləsindən hekayənin sonuna qədər oxuyub fikirlərini yazırlar.
Qruplar işləyərkən müəllim onların işinə diqqətlə nəzarət edir. Lazım gəldikdə hər hansı bir qrupa istiqamət verir.
Məlumat mübadiləsi
Qruplar işini qurtardıqdan sonra hər şagird öz əsas qrupuna qayıdıb alt qrupda öyrəndiklərini yoldaşlarına danışır. Bu zaman qrupdaki şagirdlərin biri müəllim, ücü şagird rolunu oynayır. Qrupdakı şagirdlər infomasiyanı bu üsulla bir-birlərinə çatdırırlar və sinifdəki şagirdlər hamısı əsərin məzmununu mənimsəyirlər /
Ümumiləşdirmə və nəticə.
Şəkil
Şəkil
Şagirdlər əsərin məzmununu yaxşı mənimsədikdə müstəqil nəticə çıxarıb ümumiləşmə aparmaqda çətinlik çəkmirlər. Şagirdlərin çıxardıqları nəticələri təqdim etmələri üçün şaxələndirmə üsulundan istifadə edilir və onlara aşağıdaki kimi şaxələndirmə cədvəlini doldurmaq məsləhət görülür.
Cədvəl
Cədvəl
Hər qrup çıxardığı nəticəni cədvələ yazır.
Qiymətləndirmə
Qiymətləndirmə
Qiymətləndirmə
Qrupların işini qiymətləndirmək lider qruplara tapşırılır və onlara belə bir cədvəl təqdim edilir.
Yaradıcı tədbiqetmə
Ev tapşırığı:
1) Əsəri bütövlükdə oxuyaraq “Təbiəti qorumaq vətənə, torpaqa sədaqət deməkdir” mövzusunda inşa yazmaq.
2) “Səlahiyyətin olsaydı təbiəti qorumaq üçün hansı qərarı verərdin?” mövzusunda esse yazmaq.3)Mö
vzuya uyğun peyzaj və ya karikatura çəkmək.
Müəllim şagirdlərə elan edir ki, seçimlərində azaddırlar. Hansı tapşırığı yerinə yetirmələrini özləri müəyyənləşdirsinlər.



Fənn: Ədəbiyyat
Sinif:VII sinif
Mövzu:Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeirinin təhlili
Məqsəd:
1. Məmməd Arazın həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat vermək.
2. Məmməd Arazın “Ayağa dur, Azərbaycan” şeiri haqqında məlumat vermək.
3. Şeiri təhlil etmək,anlayışları izah etmək, sözlərin düzgün tələffüzünə nail olmaq.
4. Şagirdlərdə vətənə məhəbbət, torpaqlarımızı, sərhədlərimizi qorumağa hər an hazır olmaq hislərinin yaranmasına nail olmaq.
5. Şagirdlərin müstəqil və qruplarla işini təşkil etməklə onlarda əməkdaşlıq vərdişlərini və düşüncələrini sərbəst, düzgün ifadə etmək bacarıqlarını inkişaf etdirmək.
İş forması: Qruplarla iş, kollektivlə iş, fərdi iş
Metod: Əqli hücum, Venn dioqramı, Klaster, Krossvord
Fənlərarası inteqrasiya: Azərbaycan dili, Azərbaycan tarixi, coğrafiya
Resurslar: MimioStudio proqramı ilə təchiz olunmuş interaktiv lövhə, işçi vərəqələri
Ədəbiyyat dərsliyi, izahlı lüğət
Dərsin gedişi:
Sinfin təşkili:Şagirdlərlə salamlaşır, onları qrup şəklində əyləşdirir, davamiyyəti yoxlayır və dərsə başlayıram.
Motivasiya: Mübarizə necə və nə üçün aparılır?
Motivasiya
Motivasiya
 Şagirdlər müxtəlif fikirlər söyləyirlər və lövhədə qeyd edirlər.
Suallar
Suallar
Daha sonra qrupları adlandırmaq üçün sinfə belə bir sualla müraciət edirəm. Doğma yurdumuz olan Azərbaycanın adı çəkiləndə ilk olaraq xəyalımızda nələr canlanır?
Klaster üsulundan istifadə edərək şagirdlər müxtəlif fikirlər söyləyirlər və lövhədə qeyd edirlər.
Qeydlər
Qeydlər
Sinfi dörd qrupa bölürəm. Qrupları adlandırır və adlarına uyğun kiçik bir təqdimat hazırlamağı tapşırıram
Tədqiqat sualı: Qruplara lövhədə yazılmış sualları təqdim edir, araşdırma aparmağı tapşırıram. Tədqiqat aparmaq üçün onlara vaxt verirəm. Qruplar internet şəbəkələrinə qoşulmuş notbuklardan istifadə edərək kiçik təqdimat hazırlayırlar.
Odlar yurdu
Odlar yurdu
Qara qızıl
Qara qızıl
Yurdumuz
Yurdumuz
Suallar:
1)Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim…
Misralarının müəllifi haqqınada nə bilirik?
2)Şair nə üçün Araz təxəllüsünə müraciət etmişdir?
3)”Ayağa dur, Azərbaycan” şeiri nə məqsədlə yazılıb?
4)Şair şeirdə sərhəd sözünü nə üçün xatırlamışdır?
Təqdimat:
Vaxt bitdikdən sonra qruplar öz təqdimatlarını edirlər.
Odlar yurdu qrupu -
Vətən mənə oğul desə nə dərdim Mamır olub qayasında bitərdim…
Misralarının müəllifi haqqında nə bilirik? Sualına cavab olaraq M.Arazın həyat və yaradıcılığı haqqında kiçik bir təqdimat hazırlayırlar.
Şahbuz rayonu, Nurs kəndi
Şahbuz rayonu, Nurs kəndi
Şahbuz rayonu, Nurs kəndi
Qara qızıl qrupu- Şair nə üçün Araz təxəllüsünə müraciət etmişdir? Sualına cavab olaraq şairin təxəllüsünə aid araşdırma aparırlar. Araz çayının sərhəd olduğunu, torpaqlarımızı iki hissəyə böldüyünü qeyd edirlər. Vətəni sevən şairi xalqımızın birləşməsi, vahid Vətən arzusu daim düşündürmüşdü.
Araz
Araz
Məmməd Araz,                              Araz çayı
Muğam yurdu qrupu- “Ayağa dur, Azərbaycan” şeiri nə məqsədlə yazılıb?
Şeir
Şeir
Sualına cavab olaraq şeirin yazılma tarixi haqqında araşdırma aparır və şeirin nə məqsədlə yazıldığını söyəyirlər.
Qəhrəmanlar yurdu qrupu – Şair şeirdə sərhəd sözünü nə üçün xatırlamışdır?
Sualına cavab hazırlayır. Öz təqdimatlarını edirlər.
Vətən
Vətən
Nəticə:
Şagirdlərə “Ayağa dur, Azərbaycan” şeirinin ideyası nədir? Şair bu şeirlə bizə hansı fikri çatdırmaq istəyir?
Sualları ilə müraciət edir və fikirlərini dinləyirəm. Şagirdlər apardıqları araşdırmalardan belə nəticəyə gəlirlər ki, “Ayağa dur, Azərbaycan” şeirinin ideyası torpaqlarımızın azadlığı uğrunda mübarizədir. Şair bu şeirlə bizi azadlıq uğrunda mübarizəyə səsləyir.
Daha sonra qruplara hazırladığım tapşırıqları verirəm. Mimio, ağıllı lövhə vasitəsilə şagirdlər onlara verilən tapşırıqları sərbəst yerinə yetirirlər.
Tapşırıqlar
Tapşırıqlar
20
Unutmamalıyıq
Tapşırıqlar yoxlanıldıqdan sonra hazırladığım krossvordu şagirdlərə təqdim edirəm.
Krossvord
Krossvord
Sonda qrupları qiymətləndirirəm. Qiymət cədvəlində qeyd edirəm.
Qiymətləndirmə
Qiymətləndirmə
Ev tapşırığı :
Şeirin ideyasına uyğun olaraq şagirdlərə “Biz hamımız Mübarizik” mövzusunda esse yazmağı tapşırıram.
Səbinə Qasımova, 
Bakı şəhəri,Xətai rayonu 287 nömrəli “Zəkalar” liseyinin
Azərbaycan dili və ədəbiyyat müəllimi


Standart : 2.1.1. ; 2.1.2.
Təlim nəticələri: – verilmiş əlamətlərə görə varlığı müəyyən edir və sözü adlandırır;
-sözü cümlədə işlətməklə izah edir;
- sözün izahını yaxınmənalı sözün köməyi ilə verir.
Mövzu: Sözün mənasını necə izah etməli.
İnteqrasiya: İnformatika ( 1.2.1.)
İş forması: kollektiv iş, qruplarla iş
İş üsulu: Beyin həmləsi, anlayışın çıxarılması
Resurslar: İş dəftəri, proyektor, kompyuter, iş vərəqləri, flamaster, marker, A3 vərəqi, yapışqan.
Motivasiya:
Krossvord
Krossvord
Krossvordu həll edərək rəngli zolaqdakı sözü oxuyun.
1. Eyni ölkədə yaşayan insanlara verilən ad. 1.
2. Dənli bitki. 2.
3. Ön sözünə əksmənalı söz. 3.
4. Əlamət bildirən söz necə adlanır. 4.
5. Dələyə bənzəyən heyvan. 5.
Tədqiqat sualı.
Sözün mənasını necə etmək olar ?
Tədqiqatın aparılması.
Qrupa bölünmə üsullarından birindən istifadə etməklə sinif 5 qrupa bölünür:
I QRUP
1.Verilmiş əlamətlərinə görə əşyanı müəyyənləşdirin.
dəcəl, tüklü, buynuzlu, saqqallı—–
2.Tapdığınız sözün izahını cümlədə işlətməklə verin.
3. ? işarəsi yerində hansı söz olmalıdır ?
BOTANİKA KAFEL ELDAR ARAZ ?
A) AQŞİN B) ABDUL C) ALTAY D) AZƏR
II QRUP
1.Verilmiş əlamətinə görə əşyanı müəyyənləşdirin:
gur, coşğun, köpüklü, bulanıq ——
2.Tapdığınız sözün izahını cümlədə göstərin.
2.”Azərbaycan ” sözünə “yad ” söz hansıdır?
A) AZƏR B) ZƏR C) BOYAT D) YABA
III QRUP
1. Şəkildə verilmiş əşyanın əlamətlərini yazın.
2. Şəkildə verilmiş əşyanın izahını cümlədə verin
3. Hansı atalar sözü ” fərqlidir” ?
A) Dəvədən böyük fil var.
B) Dəvənin qanadı olsa, uçurmamış dam qalmaz.
C) Çobansız qoyunu qurd yeyər.
D) Zınqrovlu dəvə itməz.
IV QRUP
1. Əlamətləri verilmiş əşyanı təsvir edin.(Şəklini çəkin )
hündür, budaqlı, yarpaqlı————-
2. Müəyyənləşdirdiyiniz əşyanın izahını cümlədə göstərin.
V QRUP
Şəkil
Şəkil
Verilmiş şəkil parçalarını birləşdirin. Şəkildə aldığınız əşyanın əlamətlərini yazın.
Məlumat mübədiləsi və müzakirəsi
Hər bir qrupun nümayəndəsi qrupun işini təqdim edir, digər qruplar dinləyərək əlavələrini edirlər.
Nəticə
Deməli sözün mənasını müxtəlif yollarla izah etmək olar:
* Yaxınmənalı sözün köməyi ilə
* Sözün əlamətlərini və aid olduğu məna qrupunu müəyyən etməklə.
Refleksiya
Refleksiya
Refleksiya
Qiymətləndirmə
Fomativ qiymətləndirmə
Qiymətləndirmə
Qiymətləndirmə
I variant
1.Verilmiş ismin əlamətini yazın və cümlədə mənasını izah edin.
Bayraq…..
2.Əlamətinə görə əşyanı müəyyənləşdirin.
Sarı, qızmar, gözəl, yumru……………
3.Birində məntiq pozulur:
A) evə qədər B) məktəbə doğru C) uşaq üçün D) körpə uşaq
4.”qəbahət” sözünün izahı hansı bənddə düzgün verilmişdir ?
A) tay, bərabər B) gözlənilmədən , xəbərsiz C) qüsur, nöqsan, günah
II variant
1.Torpaq sözünün izahını cümlədə göstərin.
2.Əlamətinə görə əşyanı müəyyən edin.
Möhtəşəm, üçrəngli, düzbucaqlı……………
3.Uyğunsuzluğu göstərin.
A) sulu-susuz B) dərə-dağ C) yaş- quru D) iri- xırda
4.”xalta” sözünün izahı hansı bənddə düzgün verilib ?
A) əldə edilən qazanc B) əhliləşdirilməmiş heyvan C) itlərin boynuna keçirilən qayış.
Natella Məhərrəmova,
Suraxanı rayonu 85 ¹ li tam orta məktəbin ibtidai sinif müəllimi

Sinif: V sinif
Məzmun standartı:
4.1.2-Sözün səs, semantik xüsusiyyətlərini, tərkibini yaranma üsullarını və qrammatik mənasını (ad, əlamət və hərəkət bildirməsini) izah edir.
Təlim məqsədləri:
1.Sifətin məna növlərini tanıyır.
2.Əlamət və keyfiyyət bildirən sifətləri fərqləndirir.
3.Əlamət bildirən sözləri (sifət) ad bildirən sözlərdən (isim) ayırır.
İş üsulu:BİBÖ, debat, əqli hücum
İş forması: Qrup işi, cütlərlə iş, fərdi iş
İnteqrasiya: Ədəbiyyat, riyaziyyat
Resurs: Dərslik, İKT, iş vərəqi
Motivasiya:
Motivasiya
Motivasiya
Şagirdlər müəyyənləşdirirlər ki,söhbət limon və qarpızdan gedir.
Sinfə müraciət edirəm ki,necə müəyyən etdiniz ki, söhbət məhz limon və qarpızdan gedir. Onlar əlamətlərin aydın olduğu halda əşyanın tapılmasınının asan olduğunu söyləyirlər. Şagirdlər müstəqil olaraq müəyyənləşdirirlər ki,yeni mövzu “Əlamət bildirən sözlər-sifət”dir. Dərsin bu mərhələsində BİBÖ üsulundan istifadə edərək bildiklərini və yeni dərsdən nə öyrənmək istədiklərini müəyyənləşdirirəm.
Onu da qeyd edim ki, dərsin bu mərhələsində şagirdlərə yönləndirici tövsiyyələr verməyə çalışıram. Təcrübəmdən bilirəm ki, bu mərhələdə şagirdlər bəzən elə məlumatları öyrənmək istədiklərini bildirirlər ki, bunu bir dərsdə ya öyrənmək mümkün olmur, ya da mövzu ilə əlaqəsi olmur. Çünki dərsin sonuna yaxın “öyrəndim” mərhələsində məlum olur ki, şagirdlər bilmək istədiklərinin çox hissəsini bu dərsdə mənimsəyə bilməyiblər. Ona görə də bu zaman daha diqqətli oluram.
BİBÖ cədvəlinin bir hissəsini hər bir qrup müstəqil olaraq doldurur. Bildiyimiz kimi bu üsuldan dərsin əvvəlindən sonuna qədər istifadə olunur.
Şagirdlər mövzunu müəyyənləşdirdikdən sonra tədqiqat sualını təqdim edirəm.
Tədqiqat sualı: Sifət əşyaları,varlıqları hansı xüsusiyyətlərinə görə izah edir? Ad və əlamət bildirən sözlər arasdında nə fərq var?
Bu sual ətrafında tədqiqat aparmağa sövq edirəm. Bu məqsədlə qruplara tapşırıq verirəm. Belə ki,
Müqayisə
Müqayisə
Şagirdlər verilən tapşırığı yerinə yerirərkən əşyaların hansı xüsusiyyərlərinə görə bir-birindən fərqləndiyini asanlıqla müəyyən edərək əlamət bildirən sözlərin növlərini özləri müəyyənləşdirirlər. Sinfə müraciət edərək:
Gəlin onda əlamət bildirən sözlərin məna qruplarını yaradaq.
Ümumiləşdirmə və nəticə çıxarma:
Ümumiləşdirmə
Ümumiləşdirmə
 Yaradıcı tətbiqetmə: Bu mərhələdə şagirdlərin əlamət və keyfiyyət bildirən sözləri fərqləndirə bildiklərinə əmin olmaq üçün tapşırıq verirəm.
Tapşırıq
Tapşırıq
Şagirdlər əlamət bildirən sözləri də asanlıqla qruplara ayırırlar.
Təcrübəmdən bilirəm ki, yaxşı oxuyan şagirdlər belə isimləşmiş sifətlə ismi ayırmaqda çətinlik çəkirlər. Şagirdlərlə müzakirə aparıram:
Debat
Debat
İsim deyənlər bir qrupa, sifət deyənlər digər qrupa bölünür.Hər qrup öz mülahizəsini sübut etməyə çalışır. Bu zaman bu mövzu ilə bağlı bildiklərini refleks etmiş olurlar. Müzakirələri yekunlaşdıraraq:
Debat
Debat
Debat
Debat
Dərsin sonunda tədqiqat sualına qayıdaraq şagirdlərin qoyulan məqsədə nə dərəcədə nail olduqlarını müəyyənləşdirirəm. Bu zaman BİBÖ cədvəlinin “öyrəndim” hissəsinin icrasını aparıram.
Şagirdlərin qrup üzrə fəaliyyətini dərs boyu, fərdi fəaliyyətlərini isə, əsasən, dərsin sonunda qiymətləndirirəm.
Qiymətləndirmə
Qiymətləndirmə
Rubrika
Rubrika


MÜASİR ƏDƏBİYYAT DƏRSLƏRİNDƏ İDRAK FƏALLIĞINI ARTIRAN OYUNLARDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ

ÇİNGİZ MURADLI İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin  Azərbaycan dili və ədəbiyyatı müəllimi
ÇİNGİZ MURADLI
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
(əvvəli ötən sayımızda
( – Mən Anaram. Mənim 12 yaşım var. Mən asudə vaxtlarımda musiqiyə qulaq asmıram, amma velosipedimdə gəzməyi çox sevirəm.) və s.
Böyük siniflərdə bu oyunu iki və ya üç qrupda paralel aparmaq olar. Amma əvvəlcədən bir və ya iki könüllüdən ibarət köməkçi müəyyən etmək lazımdır.
Bu oyun vasitəsi ilə iştirakçılar(şagirdlər) bir-birini daha yaxşı tanıyacaq, bir-birinə qarşı diqqətli olacaq, ən əsası onlarda dözümlülük, hörmət, diqqətli olmaq, əməkdaşlıq etmək kimi bacarıq və keyfiyyətlər formalaşacaq.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?!
Bu oyunun sxeminə əsasən hər hansı ədəbi əsərlər və ya ədəbi problemlər haqqındakı mülahizələri bölüşmək olar. Məsələn, sinifdənxaric oxu dərslərinin ilk saatında və ya yay tətili ərzində oxunmaq üçün verilmiş əsərlərlə bağlı müzakirə dərslərində istifadə məqsədəuyğun hesab olunur.
Bu, aşağıdakı kimi aparıla bilər:
- Mən tətildə S.S.Axundovun əsərini oxumuşam.
- Mən Ə.Haqverdiyevin əsərini oxumuşam. O əsər “Ayın şahidliyi” hekayəsi idi.
- Mənim oxuduğum kitabın müəllifi M.Tvendir. Bu onun “Tom Soyerin macəraları” əsəridir. Bu əsərin baş qəhrəmanı dəcəl, şıltaq və çoxbilmiş Tomdur.
Şagirdlər növbəti mərhələlərdə – addımlarda nə haqqında danışacaqlarını özləri müəyyənləşdirə bilərlər.
Ya da ki müəllim məlumatların siyahısını əvvəlcədən tərtib edib lövhədən də asa bilər.(Bu çox sadə variant olacaq)

“Hamı – bəziləri – yalnız mən” oyunu

Dairə halında düzülmüş oyunçuların ətrafına onların sayından bir ədəd az stullar düzülür. Oyunçulardan biri aparıcı kimi ortada durur, digərləri isə stullarda əyləşirlər. Aparıcı hər hansı bir xüsusiyyət və ya əlamət səsləndirir.
Səsləndirilən bu xüsusiyyət – əlamət dairədə oturmuş iştirakçıların hamısına, onların bəzilərinə və ya yalnız birinə aid ola bilər. O anda hər bir iştirakçı (eləcə də aparıcının özü də əgər ki səsləndirilən xüsisiyyət – əlamət onun özündə də varsa) hansı ki bu xüsusiyyətin – əlamətin ona aid olduğunu müəyyənləşdirir, dairənin mərkəzinə qaçır, daha sonra boş qalmış stullardan birində oturmağa çalışmalıdır. Bu zaman aparıcılıq stulda otura bilməyən – ortada qalmış iştirakçıya keçir.
Müəllim oyunu eyni və ya müxtəlif xüsusiyyətləri – əlamətləri olan şagirdlərlə aparmaqla başlada bilər:
“Kim ki bu gün dərsə gəlib” , “Kim ki söhbət etməyi xoşlayır” , “Kim ki məktəbli formasında deyil” və s.
Və ya oyunun aparıcısı öz sinif yoldaşlarını yaxşı tanıtdıra biləcək xüsusiyyət və ya əlamət seçərək başlaya bilər. Məsələn:
“Kim ki zəngin tez vurulmasını istəyir”, “Kim ki tənəffüsün dərsdən çox olmasını istəyir” və ya “Kim ki “Sehrli xalat” filmini xoşlayır” və s.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?!
Oyunun orijinalına analoq olaraq bu oyunu müxtəlif əsərlərin surətləri əsasında təşkil etmək olar. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanının boylarının məzmununun nə dərəcədə mənimsənildiyini bilməkdən ötrü əsərin bütün qəhrəmanlarını iştirakçılar – şagirdlər arasında bölüşdürmək – paylaşdırmaq olar və onlarla bu oyunu keçirmək mümkündür. Aparıcı belə xüsusiyyət – əlamətlər səsləndirə bilər:
“Qazana keşiş deyən igid”, “Banuçiçəyin nişanlısı olan igid”, “Acığı tutanda qara daşı kül eyləyən Oğuz igidi” və s.

“Xəzinə – cəvahirat axtarışı” oyunu

Oyun
Oyun
Bu oyun zamanı hər bir iştirakçıda aşağıdakı şəkildə qeydiyyat kartoçkasının olması vacibdir.
Oyunun iştirakçıları sinifdə sərbəst hərəkət edə və bir-biriləri ilə söhbətləşə bilərlər. Oyunçunun tapşırığı söhbətləşdiyi şəxslə özünün bir oxşar, bir fərqli xüsusiyyətini müəyyən etməkdir. (Təbii ki, bunu qeydiyyat kartoçkasına yazır). İştirakçı nə qədər çox oyunçu ilə söhbətləşərsə, oxşar və fərqli cəhətləri müəyyənləşdirərsə, bu həm maraqlı, həm də yaxşı olar.
Oyunun əvvəlində müəllim oxşar və fərqli cəhətlərə – xüsusiyyətlərə aid nümunə göstərə bilər. Məsələn: – Həm mən, həm də Azad eyni binada yaşayırıq.
Amma mənim balaca itim var, Azadın isə heç bir ev heyvanı yoxdur və ya həm mən, həm də Aynur ali təhsil almaq istəyirik, amma mən iqtisadçı, Aynur isə həkim olmaq istəyir və s.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?!
Digər oyunda olduğu kimi, bu oyundan da ədəbiyyat dərslərində mənimsənilmiş bədii əsərlərin surətləri əsasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək üçün istifadə oluna bilər.
Məsələn, yenə “Kitabi-Dədə Qorqud” dastanının surətləri əsasında bu oyunu aparmaq olar: həm Qazan xan, həm də Alp Aruz Oğuz igididir. Ancaq Qazan xan müsbət qəhrəman olduğu halda, Alp Aruz daxili düşməndir və s.
Qeyd etmək istərdim ki, bəzilərimiz bu oyunu Venn diaqramları üsulu ilə eynilik kimi görə bilərik. Amma nəzərdən qaçırmayaq ki, Venn diaqramları fəal – interaktiv təlimin üsulu və ya metodu, bu isə sadəcə idrak oyunudur.

Mənim haqqımda beş fakt” və ya sadəcə “5 fakt” oyunu

Bu oyunda da aparıcı mütləqdir. Belə ki şagirdlərdən – iştirakçılardan biri aparıcı olur. O, qısa vaxt ərzində özü haqqında beş fakt düşünüb müəyyənləşdirir. (Məsələn: “Mənim yaxşı səsim var”, “Mən Şirvan şəhərində olmuşam”, “Mənim qardaşım da bu il tələbə olub”, “Mən seriallara baxmağı sevirəm”, “Mən hər gecə 4 saat yatıram” və s.) Amma unutmaq olmaz ki, bu faktlardan dördü doğru, biri isə yanlış olmalıdır. Təbii ki, daha maraqlı faktlar müəyyənləşdirməyə çalışmaq lazımdır. Aparıcı özü haqqındakı faktları sinfə – iştirakçılara çatdırır. İştirakçılar isə aparıcının yanlış faktını müəyyən etməyə çalışırlar. Kim ilk və doğru müəyyən edərsə, aparıcılıq ona keçir.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?!
“5 fakt” oyunundan ədəbiyyat dərslərində ədəbi sənətkarların həyat və yaradıcılıqları, eləcə də keçilmiş bədii əsərlərin surətləri öyrənilərkən – təhlil edilərkən istifadə etmək sinfi daha da fəallaşdıra, şagirdlərin idrak fəallığını daha da artıra və sürətləndirə bilər. Məsələn: Nizami Gəncəvinin həyat və yaradıcılığı mənimsədildikdən sonra: Nizami Gəncəvi
1. Heç bir sarayda yaşamayıb.
2. Azərbaycan ədəbiyyatında ilk sujetli poemanı yaradıb.
3. “Divan”ından 120 qəzəl, 30 rübai, 6 qitə günümüzə qədər gəlib çatıb.
4. Özündən sonra ədəbi məktəb yaradıb, formalaşdırıb.
5. “Leyli və Məcnun” poemasında “Divan”ı haqqında da məlumat verib.
Diqqətli şagirdlər III məlumatın – faktın yanlış olduğunu dərhal biləcəklər. Yəni ki Nizami Gəncəvinin “Divan”ından günümüzə qədər 120 qəzəl, 30 rübai və 6 qitənın yox, 6 qəsidənin gəlib çatdığını müəyyənləşdirəcəklər.
Ardı var…


Комментариев нет:

Отправить комментарий